Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə News.am Ermənistan XİN-ə istinadla məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli münasibətlərin gündəliyi və siyasi dialoqla bağlı məsələləri müzakirə ediblər.
XİN rəhbərləri həmçinin regional məsələlərə də toxunublar.