Qazaxıstan Rusiya neftinin Çinə nəqli ilə bağlı müqavilənin müddətini uzadıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə respublika parlamenti qərar qəbul edib.
Rusiya neftinin Qazaxıstan ərazisindən ÇXR-ə nəqlinə dair 2013-cü ildə imzalanmış hökumətlərarası sazişin müddəti daha on il müddətinə, 2034-cü il yanvarın 1-dək uzadılıb.
Qeyd olunub ki, Qazaxıstan sazişdə göstərilən marşrutlar üzrə neft daşıma xidmətlərinə sıfır əlavə dəyər vergisi tətbiq edəcək. Rusiyada neft nəqlinin həcmi ildə 10 milyon ton müəyyən edilib.