Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının növbəti pley-off oyunu baş tutub.
Sportinfo.az xəbər verir ki, pey-off un 1/4 final mərhələsində, "Xəzri" və "Sərhədçi" arasında seriyanın birinci oyununda debütant "Xəzri" 98-64 hesablı rahat qələbə qazanıb.
Bu qələbə ilə "Xəzri" seriyada 1-0 hesablı üstünlük əldə edib.
Ən məhsuldar basketbolçular: "Xəzri" (Ceremi Maklaflin - 35 xal, 12 ribaund), "Sərhədçi" (Kaleb Hanter - 14 xal, 3 ribaund)
Komandalar arasında seriyanın ikinci oyunu 3 may tarixində baş tutacaq