Füzuli, 2 may, Səlim Rəhimzadə, AZƏRTAC
Yolun bir tərəfində köhnə və dağıdılmış, digər tərəfində isə modern tikililər var. Bu, insanda fərqli təəssüratlar yaradır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”un üzvü Maykl Qusta söyləyib.
Müsahib bildirib ki, Füzulidə sürətli bərpa və yenidənqurma işlərinin şahidi olub. “İşlər tam sürətlə davam edir. Dağıdılmış tikililəri görmək isə insanı məyus edir. Ümid edirəm ki, tezliklə bu ərazilər daha gözəl məkana çevriləcək".