EN

“Azərikard”ın rəhbəri işdən ayrıldı

Azərbaycanda fəaliyyətdə olan prosessinq mərkəzi “Azərikard” MMC-nin direktor müavini vəzifəsindən ayrılaraq Türkiyədə karyerasını davam etdirəcək.

FED.az xəbər verir ki, “Azərikard”ın baş direktorun müavini Ersin Ünsal aprel ayından etibarən şirkətdəki vəzifəsindən ayrılıb.

E.Ünsal 2020-ci ilin sentyabrından şirkətdə müvafiq vəzifəyə təyin edilmişdi.

Onun yeni iş yeri İstanbuldakı “PozitifTech” şirkəti olacaq.

“Azərikard”ın baş direktoru Fərid Quliyevdir. Onun iki müavini var – Zakir Əhmədov və Fərid Məmmədzadə.  (Banker.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
265
1
fed.az

10Sources