Bakı. Trend:
Türkiyə-Özbəkistan ticarət həcmində 5 milyard dollarlıq hədəfəyaxınlaşırıq.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədəTürkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.
Vitse-prezident Cevdet Yılmaz rəsmi səfəri çərçivəsindəÖzbəkistanın paytaxtı Daşkənddə Xarici İqtisadi Əlaqələr Şurası(DEİK)-Dünya Türk İş Şurası (DTİK) tərəfindən təşkil edilən İşDünyası Proqramı ilə Görüşdə iştirak edib.
“Bizim şübhəmiz yoxdur ki, ticarət həcmi əvvəlcə 5 milyardaçatacaq, sonra isə daha yüksək səviyyələrə qalxacaq.”- deyə Yılmazbildirib.
Yılmaz buradakı çıxışında Türkiyə-Özbəkistan əlaqələrinin çoxyüksək səviyyədə olduğuna və tarixi-mədəni bağlarının son dərəcədərin olduğuna diqqət çəkərək, iki ölkə arasında dostluqdan kənarbir qardaşlıq qanununun olduğunu deyib.
Güzəştli Ticarət Sazişinin 2023-cü il iyulun 1-də qüvvəyəmindiyini və müəyyən məhsulları əhatə etdiyini bildirən Yılmaz, ikiölkənin hər il daha da genişləndirilməsi üçün səylərini davametdirəcəyini bildirib.