EN

Musa Qurbanlının komandası İsveç Kubokunu qazana bilmədi

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlının komandası “Yurqorden” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda İsveç Kubokunun finalında oyunda “Malmö” ilə qarşılaşıb.

İlk hissəsi qolsuz bitən həlledici görüşün 70-ci dəqiqəsində “Malmö” hesabı açıb. Amma Musanın komandası cəmi 8 dəqiqə sonra bərabərlik qolunu vurmağı bacarıb. Əsas vaxtda başqa qol olmayınca, əlavə vaxta ehtiyac duyulub. Əlavə yarım saatda da hesab dəyişməz qaldığına görə qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Malmö” 4:1 qalib gəlib və İsveç Kubokuna sahib çıxıb.

Azərbaycanlı futbolçu bu görüşün iştirakçısı olmayıb. Musa Qurbanlının adı final qarşılaşmasının iştirak ərizəsinə daxil edilsə də, o, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, milli komandamızın üzvü İsveç çempionatının cari mövsümünün ilk 6 matçının cəmi ikisində meydana çıxıb və bütövlükdə 30 dəqiqə mübarizə aparıb.

Xatırladaq ki, Musa Qurbanlı 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 21 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
arena.az

1Sources