EN

Avtomobili gözlə də idarə etmək mümkündür

Avtomobillərdə süni intellektin tətbiqi artıq qeyri-adi hal deyil. Lakin bəzi hallarda bu məsələdə də ifratçılığa yol verilir.

Avtosfer.az xəbər verir ki, HONOR şirkəti avtomobili gözlə idarə etməyə imkan verən sistem hazırlayıb. İstifadəçi telefonda proqramı açır, bir neçə saniyə ekrana diqqətlə baxır və sistem onu tanıyır. 
Bundan sonrası isə şəxsin ekrana, daha doğrusu ekranın hansı küncünə baxmasından asıllıdır. Baxışların köməyi ilə mühərriki işə salmaq, irəli və geri hərəkət etdirmək, dönmə işıqlarını və ya faraları yandırıb söndürmək mümkündür. 
Bu sistem hələ ki, yalnız Çində satışda olan mobil telefonlar və proqram təminatı sayəsində mümkündür.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
1
avtosfer.az

2Sources