Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 660,8 milyon ABŞ dolları təşkil edib.
SİA bu barədə yerli mənbələrə istinadən xəbər verir.Məlumata görə, bu, aprelin 1-i ilə müqayisədə 0,1 faiz çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,4 faiz, son 1 ildə isə 26,9 faiz artıb.