EN

"Mən işsiz qalanda, xəstə yatanda bu adamlar harda idi?!" - Herisçidən İTTİHAMLARA CAVAB

Xəbər verdiyimiz kimi, tanınmış yazıçı Həmid Herisçinin AYB-yə üzv olması həmkarları tərəfindən sərt tənqid olunub.

Bir sıra yazıçılar sosial şəbəkədə Herisçini vaxtilə qurucularından olduğu AYO - ya xəyanətdə, Anara məğlub olmaqda ittiham ediblər.

Bakupost.az-a açıqlama verən yazıçı Həmid Herisçi bu ittihamların gözlənilən olduğunu bildirib:

"Belə fikirlərin olması təbiidir və mən bunu normal qarşılayıram. Məni AYO-ya xəyanətdə günahlandırırlar. Son 15 ildə AYO olmayıb axı...

Bu illər ərzində mən bu adamların yadına düşməmişəm. Rasim Qaraca ilə sonuncu dəfə 2012-ci ildə görüşmüşəm. Mən işdən çıxanda, xəstə yatanda bu adamlar məni axtarmadılar. İndi hamısı məni günahlandırırlar".


Zaur, BakuPOST

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
bakupost.az

1Sources