EN

“Neftçi”nin futbolçusundan barışıq mesajı: “Darıxmışıq, bizə çox çətindir”

“Bura gəldiyim ilk gündən “Neftçi” azarkeşləri məni isti qarşıladılar.

Onlara hər zaman ehtiyacımız var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sevilən futbolçularından olan Yuri Matias deyib.

Ağ-qara rənglərə könül verənlər uğursuz nəticələrdən bezərək boykot qərarını veriblər. İki aya yaxındır stadionlara getməyərək etirazlarını bu yolla bildirirlər.

Braziliyalı müdafiəçi bu qərarın komandaya fayda verməyəcəyini deyərək onları barışığa çağırıb:

“Hər zaman səmimi olmağa çalışmışam, bu dəfə də səmimiliyimi qoruyacağam. Azarkeşlərimizin boykot qərarının “Neftçi”yə köməyi olmayacaq.

Azarkeş komandaya kömək etməlidir. Klubun özü və adı hər zaman futbolçulardan üstündür.

Ona görə də klubu dəstəkləməkdə davam etməlidirlər. Onlar üçün darıxmışıq və etiraf edim ki, onlarsız oynamaq çox çətindir.

Bilirəm ki, onlar da tribunada “Neftçi”ni dəstəkləmək üçün darıxıblar. Qarşıda vacib matçlarımız var. Yenidən tribunaya qayıdıb bizi dəstəkləyəcəklərinə inanırıq”.

“Neftçi” martın 3-də doğma meydanda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olan oyundan sonra “Forza Neftçi” yaydığı bəyanatla qeyri-müəyyən müddətə boykot qərarı verib.

Ötən həftəsonu isə tərəflar arasında barışıq əldə olunub. fanklub «Turan Tovuz»la matçdatribunadakı yerini tutub və 3:0 hesablı qələbəyə öz tövhələrini veriblər.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
sportinfo.az

1Sources