EN

İsrailə qarşı kritik addım: Netanyahu qəzəbləndi

Qəzzada baş verənlərə görə İsrail rəsmilərinin həbsi tarixi qəzəb yaradacaq.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.

"İsrail azad dünyanın liderlərindən Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin özünümüdafiə hüququna qarşı hücumlarına etiraz etmələrini gözləyir. Biz onlardan bu təhlükəli addımı dayandırmaq üçün əllərində olan bütün vasitələrdən istifadə etmələrini gözləyirik. Hazırda Haaqa Məhkəməsi İsrail hökumətinin yüksək rütbəli üzvlərinin və ordu komandanlığının hərbi cinayətkar kimi həbsinə order verilməsi imkanını nəzərdən keçirir. Bu, tarixi səhv addım olacaq. Beynəlxalq Cinayət Məhkəməsi kimi beynəlxalq təşkilatlar yəhudi xalqının Holokostundan sonra yaranıb. Onlar bu cür dəhşətlərin və gələcək soyqırımların qarşısını almaq üçün yaradılıblar. Amma indi Beynəlxalq Məhkəmə İsraili həbsxanaya salmağa çalışır. Özümüzü soyqırımı tərəfdarlarından, terrorçulardan və rejimlərdən açıq şəkildə yeganə yəhudi dövlətini məhv etməyə çalışan İrandan müdafiə edirik", - Baş nazir vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
teleqraf.com

1Sources