EN

Qadın intihar edərkən başqa bir kişini öldürdü

Kiyevin Desnyanski rayonunda 28 yaşlı qadın hündürmərtəbəli binanın eyvanından atılaraq intihar edib və giriş qapısının yaxınlığında bir kişini ölümcül yaralayıb.

Editor.az zbildirir ki, bu barədə Kiyev polisinin spikeri Dmitri Qrişenko bildirib: “Belə bir vəziyyət Desnyanski rayonunda baş verib, Baş İdarədən və ərazi polis idarəsindən bir istintaq qrupu ora gedib. İlkin məlumata görə, 1996-cı il təvəllüdlü qadın yıxılaraq intihar edib və 1985-ci il təvəllüdlü kişini ölümcül yaralayıb”, – Qrişenko bildirib.

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Başlanılan cinayət işi çərçivəsində səbəblərə aydınlıq gətiriləcək.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
editor.az

1Sources