EN

Rusiyalı müğənninin konserti Ukraynaya görə ləğv edildi

Rusiyalı opera müğənnisi Anna Netrebkonun İsveçrədəki çıxışı ləğv edilib.

 

Oxu24.com xÉ™bÉ™r  verir  ki,bu barÉ™dÉ™ RÄ°A Novosti mÉ™lumat yayıb.

 

Tədbir iyunun 1-də Luzerndə baş tutmalı idi, lakin konsertin müvəqqəti və coğrafi baxımdan Ukrayna üzrə sülh konfransına yaxınlığına görə hakimiyyət onu ləğv etməyi xahiş edib.

 

Luzern Mədəniyyət və Konqres Mərkəzindən verilən açıqlamada qeyd olunur ki, ictimaiyyətdə sənətçi haqqında ziddiyyətli təsəvvür var, ona görə də şəhərdə asayişin pozulması riski var.

Ukrayna üzrə sülh konfransı iyunun 15-16-da Luzern yaxınlığında baş tutacaq. Rusiya buna qatılmayacaq.

Bundan əvvəl Anna Netrebkonun Tayvanda konserti ləğv edilmişdi. Həmçinin onun oktyabr ayına planlaşdırılan Praqada çıxışı baş tutmayacaq.

 

Afət

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
oxu24.com

1Sources