EN

Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi qəbul edilib

Gürcüstan parlamenti plenar iclasda ikinci oxunuşda "Xarici agentlər haqqında" qanun layihəsini dəstəkləyib.

Olaylar.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.

"Qanunun 83 deputat lehinə, 23-ü əleyhinə səs verib", - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səsvermənin nəticələrinə yekun vurarkən bildirib.

Qeyd edək ki, aprelin 16-da Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq olunub. Parlament binasına giriş məhdudlaşdırılıb, içəriyə ancaq dəvət olunmuş şəxslər daxil ola bilərlər.

Qeyd olunub ki, təhlükəsizlik tədbirləri Gürcüstan parlamentində "Xarici agentlər haqqında" qanun layihəsinin müzakirəsi ilə əlaqədardır. Belə ki, qanun layihəsinə etiraz edənlər daha əvvəl parlament binasının qarşısında toplaşıblar. Gürcüstan polisi 14 etirazçını saxlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
1
olaylar.az

2Sources