EN

Qırğızıstanın Daxili İşlər Nazirliyi “Ölməz alay” yürüşünü ləğv edib

Qırğızıstanın Daxili İşlər Nazirliyi respublikada keçirilən “Ölməz alay” yürüşünü ləğv edib.

Nazirlik əmin edib ki, bu qərar təhlükəsizlik məqsədi ilə verilib. Tədbirin onlayn olub-olmayacağı məlum deyil: “İctimai asayişin və təhlükəsizliyin təmin edilməsi məqsədilə biz asayişin pozulması, insanların sıx toplaşdığı yerlərdə cinayətlərin törədilməsi risklərinin qarşısının alınması və aradan qaldırılmasına yönəlmiş kompleks tədbirlər həyata keçiririk”, – deyə idarənin mətbuat xidmətindən bildirilib.

“Ölməz alay” yürüşü Qırğızıstanda 2014-cü ildən keçirilir. Koronavirus pandemiyası səbəbindən yürüş yalnız 2020-ci ildə ləğv edilib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
editor.az

1Sources