EN

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

İnvestisiya fondları üç həftə ardıcıl olaraq qaz fyuçersləri alırlar. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Benchmark" TTF qaz fyuçerslərində xalis uzun mövqelərin sayı 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə yüksəlib. Bu onu göstərir ki, istilik mövsümünün sonunda Avropa anbarlarında enerjiyə olan tələbatın azalmasına və rekord qaz ehtiyatlarına baxmayaraq, treyderlər enerji qiymətlərinin qaçılmaz sıçrayışından qorxurlar.

Son bir ayda Avropada qazın qiyməti 5,69% artıb. Aprelin 30-da keçirilən hərracda bağlanış qiyməti min kubmetr üçün 328,7 dollar təşkil edib. Regionda havaların soyuması fonunda yanacağın qiyməti qalxıb. Yaxın Şərqdəki vəziyyət də qaz qiymətlərinə təzyiq göstərir.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
93
1
valyuta.az

2Sources