EN

İran MAQATE müfəttişlərini işə qayıtmağa çağırıb

İran hakimiyyəti Beynəlxalq Nüvə Enerjisi Agentliyinin 130 müfəttişinin ölkədə fəaliyyət göstərməsinə qarşı olmadığını bildirib.

Azpost.info xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib.

“Biz heç bir MAQATE müfəttişinin İrana gəlməsini qadağan etməmişik. Ümumilikdə MAQATE-nin 130 müfəttişinin İrana səfər etməsinə və yoxlama aparmasına icazə verilib”, – Eslami bildirib.

Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi bəyan etmişdi ki, İsrailin İrana zərbəsi İslam Respublikasının nüvə obyektlərinə ziyan vurmayıb.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
167
9
azpost.info

10Sources