EN

Netanyahu Qərbi Beynəlxalq Cinayət Məhkəməsinə təzyiq göstərməyə çağırıb

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu Qərb ölkələrindənBeynəlxalq Cinayət Məhkəməsinə təzyiq göstərmələrini istəyib.

Trend xəbərverir ki, Netanyahu bununla bağlı "X" platformasında videomüraciətünvanlayıb.

Onun sözlərinə görə, azad dünya liderləri Beynəlxalq CinayətMəhkəməsinin İsrailin özünümüdafiə hüququna qarşı hücumlarına qətişəkildə müqavimət göstərməlidir.

"Onların bu təhlükəli addımı dayandırmaq üçün əllərində olanbütün imkanlardan istifadə edəcəklərini gözləyirik", - baş nazirdeyib.

Xatırladaq ki, bir neçə gün əvvəl "The New York Times"Beynəlxalq Cinayət Məhkəməsinin HƏMAS liderlərinin, eləcə dəİsrailin bir sıra yüksək vəzifəli dövlət məmurlarının həbsinə orderverəcəyi barədə məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail rəsmiləri Qəzza zolağınahumanitar yardımın çatdırılmasına mane olmaqda və HƏMAS-ın 7oktyabr tarixli hücumuna hədsiz sərt reaksiya verməkdə ittihamoluna bilər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
3
az.trend.az

2Sources