EN

DMX rəisi miqrasiya proseslərini asanlaşdırmaq üçün görülən işləri açıqlayıb

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan nizamlı miqrasiya proseslərini asanlaşdırmaq üçün strukturlaşdırılmış yollardan fəal şəkildə istifadə edir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar” adlı panel sessiyada bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanın miqrasiya idarəetmə sistemi tam avtomatlaşdırılıb, miqrantlara göstərilən bütün miqrasiya xidmətləri elektron şəkildədir. “Geniş kommunikasiya kanallarımız, eləcə də maarifləndirmə tədbirləri vasitəsilə ölkəmizə gələn miqrantları mövcud miqrasiya qaydaları haqqında mütəmadi olaraq məlumatlandırılmasını təmin edirik. Maarifləndirmə ilə yanaşı, nizamsız miqrasiyanı minimuma endirmək üçün Azərbaycan əsas qabaqlayıcı strategiya kimi nizamlanmadan istifadə edir”, - deyə Vüsal Hüseynov bildirib.

DMX rəisi vurğulayıb ki, Azərbaycanda çoxmillətli ölkə kimi multikulturalizm dəyərlərinin təbliği dövlət siyasətində mühüm yer tutur, bu da miqrasiya idarəçiliyi sisteminin tərkib hissəsidir.

O əlavə edib ki, müxtəlif kateqoriyalardan olan miqrantların hüquqlarının müdafiəsi və onların özlərini vətənlərindəki kimi hiss etmələrinin təmin edilməsi diqqət mərkəzindədir.

“Qeyri-qanuni miqrasiya probleminin həllinə və davamlı inkişaf üçün miqrasiya potensialının açılmasına gəldikdə, ikitərəfli və çoxtərəfli tərəfdaşlığın təşviqi bizim üçün diqqət mərkəzində olan digər sahədir. Biz müntəzəm miqrasiyanın təşviqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, qabaqcıl təcrübə mübadiləsinin asanlaşdırılması və miqrantların hüquqlarının müdafiəsi məqsədilə mənşə və təyinat ölkələri ilə ikitərəfli müqavilələr bağlamışıq. Azərbaycan çoxtərəfli səviyyədə “Çempion ölkələri” sırasına daxil olmaqla Miqrasiya üzrə Qlobal Sazişin fəal müdafiəçisi olub, regional və qlobal səviyyədə məlumatlılığın artırılması və potensialın artırılması fəaliyyətlərində vasitəçi rolunu oynayıb və müxtəlif çoxtərəfli təşəbbüslərə rəhbərlik edir”, - deyə xidmət rəisi qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
azertag.az

1Sources