EN

“SpaceX” kosmik uçuşlar üçün rezervasiyalara BAŞLADI

Amerikanın “SpaceX” şirkəti kosmosa uçuşlar üçün yer bron etmək xidmətini işə salıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu funksiya indi şirkətin saytında mövcuddur.

Belə ki, 2024-cü ilin sonunda Yer orbitinə, 2025-ci ildə isə BKS-ə uçmaq mümkündür.

SpaceX”in Marsa və Aya turist göndərmək niyyətində olduğu barədə məlumat verilmir.

Maraqlıdır ki, şirkət turistlərinə skafandr, sensor əlcəklər və 3D çaplı dəbilqə verəcək.

Daha əvvəl şirkətin rəhbəri İlon Mask bildirib ki, 2025-ci ilə qədər “SpaceX” tərəfindən istehsal edilən “Starship” kosmik gəmisinin bütün mərhələləri təkrar istifadə oluna bilər.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
10
musavat.com

10Sources