EN

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəyə düşdü - Ən çox hansı ölkədə içilib?

Qlobal şərab istehlakı ötən ilin sonunda 22,1 milyard litrə düşüb ki, bu da 1996-cı ildən bəri ən aşağı səviyyədir. 

Valyuta.az xəbər verir ki, bu barədə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının məlumatlarına istinadən yazıb.

Göstəricinin aşağı düşməsinin əsas səbəbləri arasında Çində şərab istehlakının kəskin azalması (illik müqayisədə -25%), eləcə də enerji böhranı şəraitində məhsulun qiymətlərinin artması göstərilir.

ABŞ 2023-cü ildə dünyanın ən böyük şərab istehlakçısı olub. Amerikalılar ildə 3,3 milyard litr şərab içib. İkinci yerdə 2,4 milyard litr şərabla Fransa qərarlaşıb. İlk üçlüyü keçən il sakinləri 2,2 milyard litr şərab içən İtaliya tamamlayır.

İlk 10-luğa həmçinin Almaniya (1,9 milyard litr), Böyük Britaniya (1,3 milyard), İspaniya (1 milyard), Rusiya (860 milyon), Argentina (780 milyon), Çin (680 milyon) və Portuqaliya (550 milyon) daxil olub.

Paşa Məmmədli


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
valyuta.az

1Sources