EN

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Fransanın xarici işlər naziri Stefan Sejurne İsrailə səfəri çərçivəsində Baş nazir Benyamin Netanyahu ilə görüşüb. 


Sfera.az xəbər verir ki, Sejurne bu barədə sosial şəbəkə hesabında məlumat verib.

 

“Biz İsraildə Benyamin Netanyahu ilə fikir mübadiləsi apardıq. Balanslaşdırılmış siyasətimiz dəyişməz olaraq qalır: girovlar azad edilməlidir, atəşkəs bağlanmalıdır. Bundan əlavə, de-eskalasiya Livandan başlamalıdır. Bunlar İsraildə və regionda sülhün bərqərar olması üçün şərtlərdir”, - Sejurne yazıb.

 

Əlavə edək ki, o, İsraildən olan həmkarı İsrael Katz ilə də görüşüb. Nazirlər Livan-İsrail sərhədindəki vəziyyəti müzakirə ediblər.

 

Əzizə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
2
sfera.az

3Sources