EN

“Barselona”nın futbolçusu ili bitirib

Serjinyo Destin durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, icarə əsasında PSV-də forma geyinən “Barselona”nın müdafiəçisinin xaçvarı bağları qırılıb.

Bu üzdən futbolçu 2024-cü ili başa vurub. Niderland klubu Destin transfer hüququna yiyələnmək üçün 10 milyon avro ödəməyi planlaşdırsa da, müdafiəçinin uzun müddətə sıradan çıxması eyndhovenliləri tərəddüdünə səbəb olub.

Qeyd edək ki, Dest Niderland çempionatında mövsümün 25 matçında 2 qola imza atıb.

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
idman.biz

1Sources