EN

İtaliya klubunun futbolçusu xəstəxanaya yerləşdirildi

İtaliya A Seriyası təmsilçisi "Salernitana"nın futbolçusu Ayron Qomiş Salernodakı evində özünü piss hiss edib və təcili xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, onun formasını geyindiyi klub baş verənləri təsdiqləyib və hazırda xəstəxanada müşahidə altında olduğunu, həmçinin əlavə tibbi müayinələrdən keçəcəyini bildirib.

24 yaşlı yarımmüdafiəçi fevralda Türkiyənin “Kasımpaşa” klubundan icarə əsasında “Salernitana”ya keçib. O, A Seriyasında 5 oyunda meydanda olub.

Qeyd edək ki, hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komanda A Seriyasında qalmaq şansını itirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
1
bakivaxti.az

2Sources