Bakı. Trend:
Ermənistanın hərbi həkimləri NATO-nun himayəsi altındaMacarıstanda keçiriləcək təlimlərində iştirak edəcəklər.
Trend xəbərverir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumat görə, aprelin 30-da başlayan təlimlərə 32 ölkənin və 7mülki təşkilatın hərbi-tibbi bölmələri cəlb olunub. Təlimlər mayın10-dək davam edəcək.
Qeyd olunub ki, Ermənistanın Müdafiə Nazirliyi təlimlərə hərbisəhra hospitalı göndərib. Macarıstanın Varpaluta poliqonundayerləşən tibbi batalyon NATO-nun "Vigorous Warrior 2024" adlıtəlimində iştirak edəcək.