EN

Hakan Fidan ilk dəfə açıqladı - "Daxil oluruq"

Türkiyə Cənubi Afrika Respublikasının Beynəlxalq Cinayətlər Məhkəməsində İsrailə qarşı başlatdığı prosesə daxil olmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"İsrailə qarşı məcburedici tədbirlər vacibdir. Seçim qarşısındayıq. Ya qanunun yanında olacağıq, ya da zülmün bədəlini hamımız ödəyəcəyik. Qəzzada tökülən qan təkcə fələstinlilərin qanı deyil, bütün bəşəriyyət Qəzzada sınaq qarşısındadır. İsrailin Qəzzaya hücumları hüquqi müstəvidə mühakimə olunmalıdır. Türkiyə olaraq Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Cinayətlər Məhkəməsində açdığı işə daxil olmaq qərarına gəldik. İlk günündən bu prosesi izləyirik. Hüquqi işimizi tamamlayacağıq və müttəfiq ölkələrlə nə edə biləcəyimiz üzərində işləyəcəyik", - Türkiyənin baş diplomatı vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
1
teleqraf.com

2Sources