EN

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib ki, hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. O bildirib ki, hal hazırda pul siyasətimizi yumşalma, neytrallaşdırma istiqamətində planlaşdırırıq. 

Pul siyasətində yumşalma və neytrallaşdırılma necə aparıla bilər? Bu istiqamətdə hansı işlər görülə bilər?

Bu barədə Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, pul siyasəti inflyasiya təhlükəsi olan zaman sərtləşdirilir:

“Qiymətlər artır, Mərkəzi Bank pul həcmini sıxır. Daha az kredit verir, faiz dərəcəsini artırır ki, dövriyyədə pul həcmi artmasın. 

İndi isə iqitsadi aktivliyin artması, iqtisadiyyatda canlanma olması üçün pul siyasətini yumşaldır. Bunun da əsas istiqaməti faiz dərəcəsini endirmək, banklara daha çox kredit verməkdir”.

Ekspert bildirib ki, pul siyasətinin yumşaldılması dövriyyyədə pul həcminin artması deməkdir: 

“Buna görə də Mərkəzi Bank uçot dərəcəsini endirir ki, banklar daha çox kredit götürə bilsin. Mərkəzi Bank bu açıqlama ilə demək istəyir ki, inflyasiyadan qorxmur”. 

Dövriyyədə olan artıq, izafi pul həcminin neytrallaşdırılması isə Mərkəzi Bankın banklara qoyduğu məcburi ehtiyat norması ilə həll olunur:

“Banklar isə yığdığı depozitlərin bir hissəsini Mərkəzi Bankda saxlayır. Buna səbəb isə artıq pullarının çox qalaraq qiymət artımına səbəb olmamasını təmin etməkdir”.  

Davud
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
valyuta.az

1Sources