EN

Norveç Ukraynaya yeni yardım edəcək

Norveç hökuməti Ukraynaya 600 milyon dollar məbləğində yeni yardım edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində paylaşıb.

“Mən Norveç hökumətinə bu il Ukraynaya dəstəyi 600 milyon dollar artırmaq qərarına görə minnətdaram. Bu vəsaitin böyük hissəsi hava hücumundan müdafiəni gücləndirmək üçün istifadə olunacaq”, - deyə o yazıb.

Qeyd edək ki, Norveç müharibə başlayandan bəri Kiyevə 500 milyon dollardan çox maliyyə yardımı göstərib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources