EN

Gənc rəssam Almaz İdrisovanın fərdi sərgisi açılıb

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-də M.Ş.Vazeh adına Mərkəzi kitabxanada gənc rəssam Almaz İdrisovanın fərdi sərgisi açılıb. Sərgi 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunub.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırladığı “Kölgədə qalan xəyallar” adlı pannosu təqdim olunur. Panno İstanbul, Ankara, Tbilisi və başqa şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə, eləcə də respublika müsabiqələrində nümayiş olunub. Rəssamın digər rəsmi “Şəhid Samir Kaçayevin xatirəsinə” adlanır. Sərginin eksponatlarına “Melodiya”, “İpək yolu”, “Payız qızı”, “Yuxu“, “Atəş və su”, “Frida Kalo və mən” adlı rəsmlər də daxil edilib. Rəsmlər kətan üzərində yağlı boya ilə işlənilib.

Rəssam Almaz İdrisova 246 nömrəli tam orta məktəb-liseyi bitirib. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsinə qəbul olunub. Rəssam həm respublikada, həm də ölkə hüdudlarından kənarda 100-ə yaxın sərgi və müsabiqələrdə iştirak edib.

Kitabxanada fərdi sərgi bir ay davam edəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
azertag.az

1Sources