EN

Qərbi Azərbaycandan danışır, müharibəyə hazırlaşırlar - Manukyandan qızışdırıcı bəyanat

Ermənistanın hər güzəşti Azərbaycanın yenidən müharibəyə başlaması ehtimalını artırır.

Bakupost.az news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın birinci baş naziri Vazgen Manukyan mayın 1-də Xeyrimli (Kirants) kəndində jurnalistlərlə söhbətində bildirib.

O, Paşniyanın "Ermənistan Azərbaycanın özününkü saydığı şeylərdən əl çəkməsə, Bakı müharibəyə başlayacaq" bəyanatını xatırladıb. Manukyan əlavə edib ki, Ermənistan sülh şəraitində yaşamaq üçün sülh müqaviləsi imzalamaq istədiyini bəyan edir, lakin Azərbaycan tamam başqa şeydən danışır.

“Bakı Ermənistandan Qərbi Azərbaycan kimi danışır, öz hərəkətlərini davam etdirmək üçün anklavlarımızda, yüksəkliklərimizdə möhkəmlənməyə çalışır”, - o vurğulayıb.

Sabiq baş nazir əmin olduğunu bildirib ki, hazırkı beynəlxalq vəziyyət elədir ki, Azərbaycan müharibəyə başlaya bilməz. O deyib ki, "Dağlıq Qarabağa təcavüz və məcburi köçkünlük nəticəsində" müvafiq beynəlxalq rəy formalaşıb.

“Bundan başqa, Fələstin-İsrail qarşıdurması Bakının müharibəyə başlaması üçün əlverişli şərait yaratmır. Azərbaycan öz planını Nikol Paşinyanın əli ilə həyata keçirir”, - deyə Vazgen Manukyan qeyd edib.

Onun fikrincə, geri dönüş nöqtəsi hələ keçilməyib.

“Xalq vahid qərar qəbul edərsə, ona qarşı çıxmaq çox çətin olacaq. Baş verənlər həm beynəlxalq təcrübəyə, həm də Konstitusiyamıza ziddir. İnsanların öz hüquqları, bütün Ermənistanın hüquqları uğrunda mübarizə aparması vacibdir. Problemin həlli İrəvandadır, lakin İrəvan Tavuş sakinlərinin öz hüquqları uğrunda mübarizə apardığını görsə, məsələni həll edə bilər”, - deyə o, yekunlaşdırıb.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
bakupost.az

1Sources