EN

Qoretska AVRO-2024-dən kənarda qala bilər

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann "Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretskanı Avropa çempionatı üçün heyətə daxil etmək niyyətində deyil.

Futbolpress.az yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis Qoretskanın çıxışından razı deyil.

Mütəxəssisin fikrincə yarımmüdafiəçi əsas "11-lik"də yer almasa, komanda daxilindəki ab-havanı pozacaq. Ona görə də ən doğru variant onu heyətə daxil etməməkdir.

29 yaşlı futbolçu bu mövsüm "Bavariya" ilə 39 matçda 5 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources