EN

TDT Baş katibi: COP29 faydalı və əhəmiyyətli platformaya çevriləcək

"Bakıda keçirilən mühüm qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın istər iqlim dəyişikliyi, istərsə də qlobal aləmi narahat edən problemlərə son dərəcə böyük önəm verdiyini göstərir".

Bunu APA-ya açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubançibek Ömüraliyev bildirib:

"Bu forumun əsas mövzularından biri mədəniyyətlərarası dialoqdur. Demək istəyirəm ki, indiki dövrdə dialoq son dərəcə vacib əhəmiyyət kəsb edir. Bu kimi forumlar hər bir iştirakçı dövlətlər üçün deyil, istər iqlim dəyişikliyi, istərsə də münaqişələrdən əziyyət çəkən hər bir ölkə üçün faydalıdır. Belə bir əhəmiyyətli forumun təşkilatçısı olan Azərbaycan bu kimi problemlərin həllinə böyük önəm verdiyini göstərir".

O noyabr ayında paytaxtımızın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da toxunub:

"COP29 da iqlim dəyişikliklərinə istiqamətlənən forumdur. İştirakçı ölkələr burada iqlim dəyişiklikləri ilə mübarizəyə dair strategiyalarını təqdim edəcəklər. Hesab edirəm ki, bu tədbir də bir çox baxımdan faydalı və əhəmiyyətli platformaya çevriləcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
apa.az

1Sources