EN

Nənə səhvən nəvəsinə şərabla qarışdırılmış süd tozu içizdirib

İtaliyada körpə şərabla qarışdırılmış süd tozunu içməsi səbəbindən komaya düşüb.

Herbiand.az bildirir ki, bu barədə “Dail Mail” məlumat yayıb.

İtaliyanın cənubunda Brindisi əyalətindəki Frankavilla-Fontanadan olan nənə dörd aylıq nəvəsinə bir şüşə süd qarışığı verib. Lakin o, tünd şüşəli suyu bir şüşə şərabla qarışdırıb. O, öz səhvini yalnız uşağa içizdirdikdən sonra anlayıb.

İtalyan qadın dərhal nəvəsini ən yaxın xəstəxanaya aparıb və orada körpəyə yardım olunub. Həkimlər uşağın mədəsini yuyublar və xəstəxananın pediatriya şöbəsinə köçürüblər. Hazırda körpənin vəziyyəti stabildir və həyatı üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı prokurorluq və yerli polis məlumatlandırılıb. Cinayət işinin başlanması ilə bağlı qərar hələ verilməyib.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
herbiand.az

1Sources