EN

Buraxılış imtahanlarının nəticələri Polis Akademiyasına qəbula necə təsir edəcək? - AÇIQLAMA

Ölkəmizdə abituriyentlər arasında Polis Akademiyasına maraq olduqca böyükdür. Bildiyimiz kimi, keçirilən buraxılış imtahanlarında 53 nəfər şagird 300 bal toplayaraq maksimum nəticə göstərib.

 

Bəs bu, Polis Akademiyasının ballarına necə təsir edəcək?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, ümumi statistika çıxdıqdan sonra analiz edərək daha doğru diaqnoz qoymaq mümkündür.

 

Ekspertin sözlərinə görə, balların düşməsi üçün bəzi ehtimallar var:

 

“Belə ki, bu qəbul ilində Polis Akademiyasında plan yerlərinin əvvəlki illərə görə 2,5 dəfə artırılması balların düşməsinə işarədir. Buraxılış imtahanında bir çox abituriyentin yüksək nəticə göstərməsi isə balların qalxmasına səbəb ola bilər”.

 

R.Nurəliyev qeyd edib ki, Polis Akademiyasına müraciət edən abituriyentlərin ballarının hansı aralıqda olacağını heç kim ehtimal belə edə bilməz:

 

“Burada fiziki normativlər, tibbi yoxlanış, mandat, müsahibə mərhələsini keçənlərin sayı da çox önəmlidir. Blok imtahanı nəticəsi və ümumi statistika çox şeyi həll edərək yekun qərarı verməkdə köməklik edəcək. Ehtimal edirəm ki, blok imtahanı keçən ilki səviyyədə olarsa, builki keçid balı 420-430 ətrafında olacaq”.

 

Firuzə Əliyeva 
    
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
sfera.az

1Sources