EN

Azərbaycanın qlobal təşəbbüsləri regionun maraqlarına xidmət edir - Allahşükür Paşazadə

Azərbaycanın multikultural dəyərləri təşviq edən qlobal ideyaları regionun və bütün bəşəriyyətin maraqlarına xidmət edir. SİA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan dini liderlərin görüşündə deyib.

O qeyd edib ki, Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq tədbirləri uğurla keçirir:

“Bu gün bütün dünyanın sabitliyinə və təhlükəsizliyinə təhdid olan beynəlxalq terrorizmin, ksenofobiyanın, antisemitizmin, xristianofobiyanın, islamofobiyanın qarşısının alınmasında dövlət başçılarının, ictimai və dini liderlərin birgə və davamlı əməkdaşlığı hər zamankından daha vacibdir. Amma real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə qarşılaşırıq. Lakin təhlükə dindən deyil, dinin siyasiləşdirilməsindən irəli gəlir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
2
sia.az

3Sources