EN

Bakıda oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Bakıda oğurluq etməkdə təqsirləndirilən Elxan Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elxan Abdullayev rayon ərazisində bir nəfərin bank kartından 678 manatını və “Fiat” markalı bir avtomobildən 750 manat dəyərində dərman vasitələri oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
e-huquq.az

1Sources