EN

Azərbaycanla olan dostluğumuzu... - Gürcü nazir

"Azərbaycanla olan dostluğumuzu, tərəfdaşlığımızı yüksək dəyərləndiririk".

Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstan mədəniyyət naziri Tea Tsulukiani Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" adlı 2-ci panel sessiyasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Gürcüstan mədəni müxtəlifliyin qorunmasında bir çox addımlar atıb:

"Amma bizim qarşımızda böyük çağırışlar var. Forumda bu çağırışlar ətraflı müzakirə olunacaq. Sevindirici hal odur ki, burada qərarları qəbul edənlər bizımlə fikir mübadiləsi aparırlar. Məhz dialoqla, fikir mübadiləsi ilə biz dünyamızı güclü etməyə çalışırıq".

Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Məhəmməd bin Zayed Əl-Nəhyan isə deyib ki, biz həm bu forum, həm də əməli işlərimizdə dünyada süllhün təşfiq olunmasına çalışmalıyıq.

O qeyd edib ki, Birləşmiş Ərəb Əmirliyi iqlim dəyişikliyi, mədəni irsin qorunması, təhsil sahəsində bir çox layihələr həyata keçirib:

"Son layihəmiz Afrika dövlətləri ilə bağlıdır. Qeyri-maddi mədəni irs sahəsində "Yunesko" ilə əməkdaşlıq edirik. Ümidvarıq ki, iqlim dəyişmələri sahəsində göstərdiyimiz səylər Afrikada qeyri-maddi irsin qorunmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, 1-3 may tarixlərində keçiriləcək forumda on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.


Müəllif: Nərmin Muradova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
teleqraf.com

1Sources