EN

BMT Baş katibinin ali nümayəndəsi Azərbaycana təşəkkür edib

Bakı. Trend:

COP29-a ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirəm vəbizim hər birimizin öhdəliyidir ki, bu tədbirdə fəal iştirakedək.

Trend-in məlumatına görə, bunu BMT Baş katibinin SivilizasiyalarAlyansı üzrə ali nümayəndəsi cənab Migel Moratinos Bakıda keçirilənVI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşılgələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət”mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, bu gün dünya iqlim böhranı ilə üz-üzədir.

“Həqiqətən də COP29-u təşkil etdiyi üçün Azərbaycana vəAzərbaycanın aparıcı komandasına təbriklərimizi çatdırmaqistəyirik. Biz əminik ki, bütün komandanızın tam öhdəliyi iləCOP29-un uğurlu keçirilməsinə nail olacağıq”, - deyə o əlavəedib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
az.trend.az

1Sources