EN

"Rusiya bunun üçün bütün lazımi resurslara malikdir" - Dmitri Medvedev

"Rusiya Ukrayna ilə müharibədə qələbəyə nail olmaq üçün bütün lazımi resurslara malikdir".

 

Sfera.az rus mediasına istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

 

Onun sözlərinə görə, bunlar texnoloji potensial, əmək təcrübəsi, əzmkarlıq, vətənə sədaqət, eləcə də tarixin yaddaşı və düzgün müəyyən edilmiş məqsədlərdir.

 

"Qələbə bizim olacaq!" – Medvedev "Vkontakte" sosial şəbəkəsində yazıb.

 

O qeyd edib ki, Rusiya fabrikləri həm “düşmənləri titrədən” silahları, həm də vətəndaşların firavan həyatı üçün lazım olan hər şeyi istehsal edir.

 

İnci
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
50
sfera.az

10Sources