EN

Yaşıl enerjinin əhatəsin genişləndirməliyik - İSESKO-nun Baş direktoru

Bakı. Trend:

İqlim dəyişikliyi bu gün əsas qlobal problemlərdən biridir. Əgəriqlim dəyişikliyinin bugünki fəsadlarının qarşısını almasaqŞ,gələcək nəsillər üçün ciddi problemlər yaradılacaq.

Trend-in məlumatına görə, bunu İSESKO-nun Baş direktoru Dr.Salim M. AlMalikə Bakıda keçirilən VI Ümumdünya MədəniyyətlərarasıDialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 vəsonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda panel müzakirələrizaman deyib.

O qeyd edib ki, iqlim dəyişikliyinin qarşısını almaq üçün təcilivə təxirəsalınmaz tədbirlər görülməsi vacibdir.

“Biz burada daha ambisiyalı, daha böyük işlər görməliyik, yaşılenerjinin əhatəsin genişləndirməliyik. Beynəlxalq əməkdaşlıq yoluilə biz bu təhlükələri aradan qaldıra bilərik. Biz təbiətinmühafisəzi üçün böyük işlər görə bilərik.

Azərbaycana COP29-a ev sahibliyi etdiyinə görə təşəkkür edirik”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
1
az.trend.az

2Sources