EN

Qəzzada ölənlərin sayı 34 min 568-ə çatdı

Qəzzada həyatını itirənlərin yeni sayı açıqlanıb.

Bakupost.az xəbər verir ki, Qəzzada 208 gündür müharibə davam edir.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi oktyabrın 7-dən bu yana həyata keçirilən hücumlarda həyatını itirənlərlə bağlı açıqlama verib.

Nazirlikdən verilən açıqlamada İsrailin Qəzza zolağında son 24 saatda həyata keçirdiyi 4 hücumda 33 nəfərin həyatını itirdiyi, 57 nəfərin yaralandığı bildirilib.

Açıqlamada, 7 ay ərzində həyata keçirilən hücumlarda həyatını itirənlərin sayının 34 min 568-ə, yaralıların sayının isə 77 min 765-ə yüksəldiyi qeyd edilib.

Həmçinin, İsrail ordusu Qəzzanın cənubunda 1,5 milyon fələstinlinin sığındığı Rəfahın şərqinə hücumlarını gücləndirib.


Elnur
BakuPost

Chosen
140
50
bakupost.az

10Sources