EN

Deputatdan etiraz: “Şükürlər olsun, Azərbaycan xalqı uşaqsevən xalqdır”

ABŞ-ın “US News” nəşrinin hazırladığı və ölkələrdəki mövcud şəraiti əsas götürərək uşaq böyütmək üçün hansı ölkənin daha əlverişli olduğunu göstərən reytinq cədvəli geniş müzakirə yaradıb. Reytinq siyahısında 87 ölkə arasında Azərbaycan 78-ci yerdədir.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov açıqlamasında bu nəticə ilə razılaşmayıb: 

“Azərbaycanda uşaq artımı ilə bağlı statistik rəqəmlərə baxın, sonra ABŞ-araşdırmaları ilə müqayisə edin, cavab oradadır. Şükürlər olsun ki, Azərbaycan xalqı uşaqsevən xalqdır. Dövlət də bu istiqamətdə əlindən gələn dəstəyi göstərir. Artım da göz qabağındadır. Başqa araşdırmaya ehtiyac yoxdur. Onlar necə araşdırırlar, necə edirlər, özləri bilərlər...” 

Xatırladaq ki, araşdırmada insan haqlarının vəziyyəti, ailə mühiti, gender bərabərliyi, xoşbəxtlik indeksi, gəlir nisbəti, təhlükəsizlik, təhsil imkanları, səhiyyənin vəziyyəti kimi meyarlar əsas götürülüb. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
1
yenisabah.az

2Sources