EN

Tbilisidəki polislər gündəm oldu - Foto

Məlum olduğu kimi, dünən axşam Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı növbəti etiraz aksiyası keçirilib. Aksiya zamanı 63 etirazçı saxlanılıb.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, xüsusi təyinatlılar, eləcə də polis qüvvələri nümayişçiləri dağıtmağa çalışıb. 

Polis bu məqsədlə aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Ölkə mediasında xüsusi təyinatlı dəstələrin Tbilisidə Azadlıq meydanında parkda uzandıqları anı əks etdirən görüntü yayılıb. 

Sözügedən görüntü “Xüsusi təyinatlı polislər Azadlıq meydanında dincəlir” başlığı ilə paylaşılıb.

Həmin foto sözügedən şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, günlərdir Tbilisidə polislə vətəndaşlar arasında qarşıdurma yaşanır.






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
3
qafqazinfo.az

4Sources