EN

Gürcüstan parlamentində növbəti dava

Gürcüstan parlamentində “Xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsi zamanı hakim partiya və müxalifətdən olan deputatlar arasında dava olub.

NOCOMMENT.az xəbər verir ki, Müxalif Vahid Milli Hərəkat Partiyasının deputatları hazırkı hakimiyyəti xüsusi təyinatlıların iştirakı ilə baş vermiş insidentdə ittiham etdikdən sonra vəziyyət gərginləşib.

Qeyd edək ki, Gürcüstan parlamentində bu gün “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi aparılır. Ötən gün isə Gürcüstan parlamentinin qarşısında Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə etiraz aksiyası keçirilib.

Gürcüstan DİN-in nümayəndəsi Aleksandre Daraxvelidze keçirilən brifinqdə etiraz aksiyaları zamanı 63 nəfərin saxlanıldığını bildirib. Onlar “xuliqanlıq və polisin qanuni tələbinə məhəl qoymamaq”da təsirləndirilirlər. Daraxvelidze, daha 6 polis əməkdaşının qarşıdurma zamanı yaralandığını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
nocomment.az

1Sources