EN

Atom Elektrik Stansiyasında yanğın baş verdi

Yaponiyada” Chugoku Electric Power” şirkətinin idarə etdiyi Şimane Atom Elektrik Stansiyasında (AES) yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Hadisə Atom Elektrik Stansiyasının ikinci enerji blokunun turbin otağında müvəqqəti paylayıcı qutunun ərazisində baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hesabatda bildirilir ki, ətraf mühitə heç bir zərərli təsir aşkar edilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
1
publika.az

3Sources