EN

Dünyanı təşvişə salan HADİSƏ

Yaponiyanın Şimane atom elektrik stansiyasının ikinci enerji blokunun turbin zalında yanğın baş verib. Hadisənin səbəbləri müəyyən edilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Ətraf mühitə heç bir mənfi təsir müəyyən edilməyib”, – məqalə müəllifləri yazır.

Qeyd edək ki, ilin əvvəlində Yaponiyanın Şika atom elektrik stansiyasında yanğın baş vermişdi. Yanğına səbəb güclü zəlzələ olub. Yanğın tez bir zamanda söndürülüb.

Günel Mikayılova,
KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
konkret.az

1Sources