EN

Gənc qızlar üçün gözəllikdən betər təhlükə - SƏBƏB-i BİLİN

"Hormonal problemlərin aşkarlanmasında günümüzün ən böyük bəlası, mənim işimə mane olan, ləngidən lazer epilyasiyadır".  Sağlamolun.az xəbər verir ki, bu sözləri "Baku City Hospital"ın həkim-endokrinoloqu Lalə Alcan Səhiyyə TV-də yayımlanan "Can Sağlığı" proqramında deyib.
Həkim analara səslənərək bildirib ki, əgər qızınızda tüklənmə varsa, əvvəlcə o tüklənmənin səbəbini tapın, daha sonra onu lazer epilyasiyaya aparın: "Hornonal problemlərdən yaranan tüklənmədə lazer epilyasiyası çox effektli olur. Tüklər təmizlənir və bu da patalogiyanı gizlədir. Bu zaman da düzgün diaqnoz qoymaq olmur. Mən bilirəm ki, bu problemli xəstə tüklü olmalıdır amma mənim yanıma tüksüz gəlir. Soruşanda isə deyir ki, tük yoxdur və təhkitlə lazer epilyasiya etdirmədiklərini bildirirlər". Həkim qeyd edib ki, bu epilyasiyanı edən adamlar da tüklənməni görəndə ən azından soruşmalıdır ki, bunu həkimə aparmısınızmı. Daha ətraflı videodan izləyin:  

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
saglamolun.az

1Sources