EN

Türkiyədə İŞİD-lə əlaqəli 41 nəfər saxlanılıb

Image

Türkiyənin Daxili İşlər Nazirliyinin 12 əyalətdə keçirdiyi “Bozdoğan-34” antiterror əməliyyatı nəticəsində 41 şübhəli saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.
Nazirin yaydığı məlumata görə, Bolu, Eskişehir, İstanbul, Kırıkkale, Kilis, Kocaeli, Nevşehir, Sakarya, Gaziantep, Şanlıurfa, Düzce və Manisada İŞİD terror qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib.

Əli Yerlikaya əməliyyat zamanı sənədsiz tapançalar, çoxlu sayda rəqəmsal material, külli miqdarda xarici valyuta və türk lirəsinin ələ keçirildiyini deyib.

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
4
baki-xeber.com

5Sources