EN

Azərbaycanın neft və qaz qiymətləri üzrə proqnozu açıqlanıb

Bakı, 1 may, AZƏRTAC

Cari ildə neftin bir barelinin orta qiymətinin 85,7 dollar olacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, 2025-ci ildə neftin bir barelinin orta qiyməti 83,5 dollar proqnozlaşdırılır.

“Proqnoza əsasən, bu il Azərbaycan qazının 1000 kubmetrinin orta qiyməti 281 dollar, 2025-ci ildə isə 299 dollar təşkil edəcək”, - deyə sədr vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
azertag.az

1Sources